Trans-Anadolu qaz kəməri (TANAP) tikinti layihəsi üzrə işlərin 31,4%-i yerinə yetirilib. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərbaycan” qəzetindəki məqaləsində bildirilib.
“Cari ilin avqust ayına qədər layihə üzrə iş həcmi 31,4% yerinə yetirilib. Deyə bilərik ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılmışdır və hazırda ikinci mərhələ üzrə işlər müvəffəqiyyətlə davam etdirilir”, - deyə R.Abdullayev məlumat verib.
SOCAR-ın prezidenti həmçinin qeyd edib ki, qrafikə uyğun olaraq Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işləri davam edir. Kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaq.
“Gürcüstanda kompressor stansiyalarında tikinti-quraşdırma işləri intensivləşib. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin yekunlaşdırılması planına uyğun davam edir”, - deyə R.Abdullayev bildirib.
Öz növbəsində SOCAR-ın Sərmayələr İdarəsininrəisi Vaqif Əliyev rəsmi mətbuata müsahibəsində məlumat verib kii, hazırda Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi layihəsiçərçivəsində işlərin təxminənmj 21%-i yerinə yetirilib.
“Ümumilikdə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrinin reallaşdırılması hesabına, dünya bazarında neftin qiymətindən asılı olaraq Azərbaycanın $35 mlrd.- $50 mlrd. həcmində gəlir əldə edəcəyi gözlənilir”, - deyə V.Əliyev qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət