Azərbaycanda lizinq yolu ilə kənd təsərrüfatı texnikası əldə edən fermerlərə dövlət tərəfindən 73,072 mln. manat güzəşt edilib. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə kənd təsərrüfatı məhsullarının istehsalçılarına lizinq yolu ilə texnikanın verilməsi mərasimində bildirib.
«İndiyədək "Aqrolizinq" ASC tərəfindən ölkə üzrə 6,197 min fermerə lizinq yolu ilə 13, 681 min ədəd texnika verilib və bunun üçün onlara 73,072 mln. manat güzəşt edilib», - deyə nazir qeyd edib.
Tədbirdə Gəncə şəhəri, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Qazax, Şəmkir və Tovuz rayonlarından olan 54 fermer 100 ədəd traktor, 100 ədəd kotan və digər kənd təsərrüfatı texnikası alıb.
«Bu partiyanın dəyəri 2 mln. 246,575 min manat, güzəştlərin həcmi 863,936 min manatdır», - deyə o söyləyib.
H.Əsədovun sözlərinə görə, cari ildə “Aqrolizinq”in regional nümayəndəlikləri və onların rayon bölmələrinə 328 ədəd texnika verilib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət