Azərbaycan pambıq iplik ixracından ildə 25 mln. ABŞ dollarından çox gəlir əldə edə bilər. Mingəçevir Sənaye Parkı layihəsinin rəhbəri Mehriban Axundova belə hesab edir.
"Sənaye Parkının nəzdində 9 fabrik istifadəyə veriləcək. Onlardan biri də Pambıq İplik Fabriki olacaq", - deyə M.Axundova parkın təməlqoyma mərasimində bildirib.
Onun sözlərinə görə, Pambıq İplik Fabrikində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. İstehsal olunan 10 min tona qədər iplik ixrac edilməklə ölkəmizə ildə 25 mln. ABŞ dollarından çox xarici valyuta gətirəcək. Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik Avropa və Yaponiya ölkələrinin qabaqcıl texnologiyaları əsasında tam avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunacaq.
Layihə rəhbəri əlavə edib ki, Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət