“Şahdəniz” konsorsiumu indiyədək “Mərhələ-2” çərçivəsində ümumi məbləği $18 mlrd. olan podrat müqavilələri bağlayıb. Bu barədə “BP” şirkətinin “Şahdəniz-2” layihəsi üzrə vitse-prezidenti Yen Dramond məlumat verilib.
“Şahdəniz” konsorsiumu indiyədək “Mərhələ-2” çərçivəsində ümumi məbləği $18 mlrd. olan podrat müqavilələri bağlayıb. Layihə çərçivəsində mühəndis-layihələndirmə, təchizat və tikinti işlərinin 82%-i yerinə yetirilib”, - deyə Y.Dramond cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda platformanın üst tikililərinin inşası qrafikə uyğun aparılır.
İki üst tikili çəkisi 12 min ton təşkil edən yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsindən, çəkisi 16,5 min ton olan hasilat və dikborular platformasının göyərtəsindən ibarətdir.
“Ümumilikdə, iki üst tikilinin inşasının 93%-i tamamlanıb. Yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98%-i, hasilat və dikborular platformasının göyərtəsi üzrə işlərin isə 91%-i başa çatıb”, - deyə Y.Dramond qeyd edib.
O vurğulayıb ki, yaşayış blokları və texnoloji təchizat platformasının 2017-ci ilin II rübündə, hasilat və dikborular platformasının üst tikililərinin III rübdə dənizə göndərilərək quraşdırılması planlaşdırılır.
Bundan başqa, 2017-ci ilin I rübündə yaşayış blokları və texnoloji təchizat platformasının özülünün dənizə göndərilməsi nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində bütün tikinti işləri qrafikə uyğun aparılır. 2018-cci ildə ilk qazın ixraca göndərilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.
Cümə axşamı “BP-Azerbaijan” şirkəti “Mərhələ-2” çərçivəsində üst modulların tikintisi ilə tanışılıq məqsədilə Bibiheybət ərazisindəki "Azfen"şirkətinin tikinti-quraşdırma sahəsinə press-tur təşkil edib. İşlərin portaçısı qismində Amec-Tekfen-Azfen konsorsiumu çıxış edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət