Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 9,7 %-ə enib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.
“Gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 9,7 %-ə enib ki, bu da dünya üzrə ən aşağı göstəricilərdən biridir”, - deyə nazir BMT İnkişaf Proqramı rəhbərinin müavini, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru Cihan Sultanoğlu ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, iş yerlərinin yaradılması baxımından da əhəmiyyətli olan qeyri-neft sektoru genişlənərək iqtisadiyyatda onun payı 70%-i ötüb.
“Qeyri-neft sektorunda davamlı inkişaf son 12 ildə 1 milyonu daimi olan 1,5 milyon iş yerinin və cari ilin ilk yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yerinin açılmasına imkan verib.Bu da əmək bazarında sabitliyə və işsizliyin 5%-dək azalmasına gətirib çıxarıb”, - deyə S.Müslümov bildirib.
Uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə də davam etdirilməsinin məqsədyönlü olduğunu vurğulayan nazir bunun üçün nazirlik tərəfindən müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.
C.Sultanoğlu Azərbaycanda bütün sahələrdə tərəqqiyə hesablanan islahatların aparılmasının BMT-nin məramına uyğun olduğunu və təşkilat tərəfindən daim rəğbətlə qarşılandığını vurğulayıb. **
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət