Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istehsalatda bədbəxt hadisələrin sayının artımını qeyd edir.
“Nazirlik tərəfindən işəgötürənlərə əməyin təhlükəsizliyi texnikasına riayət olunması zərurətinə dair dəfələrlə xəbərdarlıq etdiyimizə baxmayaraq, əfsuslar olsun ki, son zamanlar onlar tez-tez pozulur”, - deyə S.Müslümov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu cür hallra daha sıx tikinti sektorunda baş verir.
“Bir ilə yaxın zamandır Dövlət Əmək Müfəttişliyi Xidmətinin müəssisələrdə səyyar yoxlamalar aparmaması səbəbindən vəziyyət daha da çətinləşir (1 noyabr 2005-ci ildən etibarən qanunvericiliyə əsasən biznes subyektlərində bütün yoxlamalar qadağan edilib - İF-Az). Bu cür yoxlamalar qadağan olunub. Buna görə biz, xüsusilə tikinti sektorunda işəgötürənlərə dəfələrlə xəbərdarlıq etmişik ki, əməyin təhlükəsizliyi texnikasına ciddi şəkildə riayət olunmalıdır. İşəgötürənlərə istehsalatda bədbəxt hadisələrə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri barədə bildirimişik”, - deyə nazir vurğulayıb.
S.Müslümov həmçinin sığorta şirkətləri hesabına əməyin təhlükəsizliyinin müdafiəsi fondunun yaradılmasını zəruri hesab edir. “Sığorta şirkətləri istehsalatda bədbəxt hadisə baş verdikdə sığorta ödənişi həyata keçirirlər. Biz sığorta şirkətlərinə öz haqlarının bir hissəsini əməyin müdafiəsi fondunun yaradılmasına yönəltməyi təklif etmişik”, - deyə nazir qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət