Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2016-cı ilin yanvar-sentyabr aylarında vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 339 cinayət işi açıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin 9 ayı ərzində departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 1,621 min cinayət işi açıb. Beləliklə, cari ilin 9 ayı ərzində açılan cinayət işlərinin sayı 4,8 dəfə azalıb.
Hesabat dövründə 109 nəfər barəsində 95 cinayət işi üzrə materiallar baxılması üçün məhkəmə orqanlarına verilib.
Yanvar-sentyabr ayları ərzində 719 cinayət işi üzrə ibtidai istintaq başa çatıb, 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Bu dövrdə ibtidai istintaq zamanı175 cinayət işləri üzrə təqsirkar olan şəxslər dəymiş ziyanı ödəyiblər.
Departament tərəfindən dövlət büdcəsinə ödənişlərin həcmi 54,014 mln. manat təşkil edib, bu isə ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 9,751 mln. manat çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında vergi cinayətlərinə görə axtarışda olan 35 nəfər saxlanılıb.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb. 2015-ci ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 1,853 min cinayət işi açıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət