Energetika naziri Natiq Əliyev İstanbulda OPEK üzvləri ilə neft hasilatının azaldılması məsələsinin müzakirəsində iştirak etməyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“OPEK-in baş katibi Məhəmməd Barkindo Natiq Əliyevə göndərdiyi dəvətdə qeyd edib ki, oktyabrın 12-də Əlcəzair, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qabon, BƏƏ, Venesuela və Rusiya energetika nazirlərinin qeyri-formal görüşü keçiriləcək. Görüşdə neft hasilatının azaldılması ilə bağlı məsləhətləşmələrin aparılması nəzərdə tutulur”, - deyə nazirliyin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, daha əvvəl N.Əliyevin bu görüşdə iştirakı planlaşdırılırdı. Lakin görüş informativ xarakter daşıdığı və burada hər hansı bir konkret qərarın qəbul olunması planlaşdırılmadığı üçün Azərbaycanın energertika nazirinin orada iştirak etməsinə lüzum yoxdur", - deyə nümayəndə bildirib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət