Vergilər Nazirliyinin Kollegiyası «Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi metodologiyası»nı təsdiq edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Məqsəd vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək, vergidən yayınma halları üzrə risklərin qiymətləndirilməsi üçün müvafiq vergi nəzarəti tədbirlərini seçmək və vergi potensialını (vergi boşluğunu) müəyyən etməkdir”, - deyə məlumatda bildirilir.
Risklərin qiymətləndirilməsi kameral vergi yoxlamasının aparılması üçün nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməlidir.
Risklərin qiymətləndirilməsi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) olan məlumatlardan istifadə etməklə həyata keçiriləcək.Hər sahənin xüsusiyyətinə uyğun parametrlər müəyyənləşdiriləcək.
Risklərin qiymətləndirilməsi və vergi potensialının hesablanması ilə bağlı təhlillər analoji məlumatlar əsasında müəyyənləşdiriləcək. Təhlillər iki yolla - vertikal və mütənasib təhlil üsulu ilə aparılacaq. Hər iki təhlil üsulunun nəticələrinə əsasən risklər faizlə ifadə olunacaq. Faizlərin nisbətlərinə müvafiq olaraq 7 ballıq şkala əsasında hər risk intervalı üzrə qiymət (bal) müəyyən ediləcək.
“Beləliklə, aparılan təhlillər vergi ödəyicilərinin vergidən yayınma risklərinin qiymətləndirilməsi əsasında yarana biləcək vergidən yayınma hallarının vaxtında qarşısının alınmasını təmin edəcək. Vergi növləri üzrə vergi potensialının qiymətləndirilməsi və büdcəyə vergi daxilolmalarının müəyyənləşdirilməsi, habelə vergi nəzarəti tədbirlərinin düzgün seçilməsi də bu metodologiya əsasında tənzimlənəcək”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət