9 ay ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yükaşırma həcmini 41% artırıb
2016-cı ilin yanvar-sentyabr aylarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC qoşqu və digər avtomobil texnikası daxil olmaqla, iri qabaritli nəqliyyat vasitələrinin aşırılmasını (TIR) ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə - 16,255 min ədədə qədər artırıb. Bu barədə QSC-dən məlumat verilib.
“Hesabat dövrü ərzində Qazaxıstana yüklərin daşınması 9,323 min ədəd və ya avtoterxnikanın ümumi sayının 57,4%-ni, Türkmənistyana - 6,932 min ədəd və ya 42,6%-ni təşkil edib”, - deyə məlumatda deyilir.
Limanın məlumatına görə, hesabat dövrü ərzində liman vasitəsilə konteynerlərin aşırılması 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 73% - 13,859 minə qədər, neft və neft məhsullarının aşırılması - 79,8% - 1,24 mln. tona qədər artıb.
2016-cı ilin 9 ayı ərzində bərə terminalı vasitəsilə 25,582 min vaqon (artım 13%), həmçinin 7,24 min vaqon və ya 28%-i Bakı-Aktau-Bakı marşrutu, 18,342 min vaqon və ya 72%-i - Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə yola salınıb.
Hesabat dövründə liman vasitəsilə sərnişin daşınması hər iki istiqamətdə 17,011 mi nəfər təşkil edib (artım 2,3 dəfə).
Yanvar-sentyabr aylarında liman vasitəsilə yükdaşımalarının həcmi 2015-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 41% - 3,25 mln. tonadək artıb. Bununla belə, bütün yükdaşımaların 86,8%-i tranzit yüklərinin payına düşüb.
Bu dövrdə əsas yük terminalı 324 min ton yük aşırıb (artım 7%), onların əsas hissəsi tranzit konteynerləri və tikinti materiallarının idxalına düşüb.
Xəbər verildiyi kimi, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsi 2014-cü ilin iyun ayında başa çatıb. Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək. Liman vasitəsilə boşaldılıb yüklənən yüklərin ümumi həcmi 25 mln. ton yük və 1 mln. konteyner təşkil edəcək.
Limanın tikintisinə çəkiləcək xərclər 870 mln. manat həcmində qiymətləndirirlir. Limanın tikintisində birinci mərhələ əsas sayılır və onun reallaşması üçün 540 mln. manat tələb olunur. İkinci mərhələ 150 mln. manat, üçüncü mərhələ 180 mln. manat məbləğində qiymətləndirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət