Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahəsində bir sıra layihələr həyata keçirmək niyyətindədir. Rusiya KİV-nin məlumatına görə, bunu Dağıstan rəhbəri Ramazan Abdulatipov deyib.
"Azərbaycan tərəfi ilə gələn ilin mart ayında Xaçmazda Dağıstan mallarının, Dərbənd rayonunda isə Azərbaycan mallarının satışının həyata keçirildiyi iri mağazaların açılması barədə razılaşmamız var", - deyə o, “Dağıstanın qızıl payızı” adlı aqrar forumda bildirib.
Dağıstan rəhbərinin sözlərinə görə, Azərbaycanın iştirakı ilə həmçinin Dağıstanda fındıq təsərrüfatının yaradılması perspektivləri öyrənilir.
"Bu cür layihələr çox olmalıdır, bu, aqrar kompleksi sürətlə inkişaf etdirməyə imkan verəcək. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Dağıstan Azərbaycan-Rusiya münasibətlərində baza regionu olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev isə respublikalarımız arasında sıx əməkdaşlığın qurulması ilə bağlı göstəriş verib", - deyə o vurğulayıb.
R.Abdulatipov əlavə edib ki, bu sahənin inkişafı olduqca vacibdir, belə ki, Dağıstan əhalisinin 55%-i aqrar sənaye kompleksində çalışır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət