İqtisadiyyat Nazirliyi “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının (duty free) siyahısının müəyyənləşdirilməsi meyarları”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Təsdiq olunan 5 meyar “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsində əsas götürüləcək", - deyə məlumatda qeyd olunur.
“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:mağazanın yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycanın iqtisadi və ticarət əlaqələri; mağazanın yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı; sahibkarlardan daxil olan müraciətlər; mağazanın müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması; rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılmasını və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayı və s. məhsulların təqdim olunmasını təklif edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət