Hazırda Azərbaycanda 204 mağazada “Tax free” sistemi tətbiq olunur. Bu barədə “Vergilər” qəzetində məlumat verilir.
“31 oktyabr 2016-cı il tarixinə olan vəziyyətə görə, “Tax free” sistemi 31 vergi ödəyicisinə məxsus 204 mağazada tətbiq edilir”, - deyə nəşrdə qeyd olunur.
Oktyabrın sonuna bu sistem çərçivəsində 59 xarici dövlətin vətəndaşına 2,962 min faktura verilib.
“ƏDV daxil olmaqla, həmin fakturalar çərçivəsində alışların dəyəri 4 mln. 850,8 min manat təşkil edirş Qaytarılan ƏDV-nin məbləği 493,3 min manat səviyyəsində qiymətləndirilir. Bununla belə, xarici vətəndaşlar tərəfindən 492,6 min manat əlavə dəyər vergisi geri qaytarılıb”, - deyə qəzetdə vurğulanır.
“TAX FREE” sisteminin operatoru Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir.
“TAX FREE” sistemi alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Xərclərin məbləği 300 manatdan çox olmalıdır. Bura istehsal, yaxud kommersiya məqsədləri ilə bağlı xərclər daxil deyil.
14 yaşınadək şəxslərə münasibətdə tətbiq edilməyən bu sistem həmçinin aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara da şamil edilmir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət