“Bank VTB”nin vitse-prezidenti, İdarə Heyətininsədrmüavini, "VTB Bank (Azerbaijan)"ın Müşahidə Şurasının sədri Mixail Oseyevski Azərbaycanda kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini cəlbedici hesab edir.
"İki il bundan əvvəl Rusiyada idxalın əvəzlənməsi sahəsində layihələrin fəal şəkildə maliyyələşdirilməsinə başlanılıb. Bu, ASK, ərzaq malları, geyim, tikinti materiallarının istehsalı sahələridir. Bununla yanaşı, ASK sektoruna sərmayə qoyuluşları kəskin şəkildə artıb. Məsələn, bu sektor üzrə ixtisaslaşmayan “Bank VTB” son iki il ərzində belə kreditlər üzrə portfelini iki dəfə artırıb. Azərbaycanda da bu istiqaməti inkişaf etdirmək olar", - deyə M.Oseyevski bu gün Bakıda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, belə siyasət hesabına RF-nin kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlir kəskin şəkildə artıb. "Məsələn, RF-nin taxıl ixracından gəliri $16-17 mlrd. təşkil edir ki, bu da silah satışından əldə edilən gəlirdən çoxdur", - deyə Müşahidə Şurasının sədri qeyd edib.
O, Azərbaycanda nəqliyyat-logistika sahəsində layihələrin maliyyələşdirilməsini cəlbedici hesab edir. "Bu cür layihələrin həyata keçirilməsi avtomobil və dəmir yollarına, dəniz limanlarına böyük həcmdə investisiya qoyuluşları tələb edir. Azərbaycanın İran və Rusiya ilə sərhədində anbarların yaradılmasını maliyyələşdirmək olar", - deyə vitse-prezident vurğulayıb.
M.Oseyevski hesab edir ki, respublikada maliyyələşdirmə prosesinə imkan verməyən müəyyən problemlər var. "Özəl sektorda şəffaflıq kifayət qədər deyil, yəni şirkətlərin real dövriyyəsi maliyyə hesabatında göstərilən göstəricilərdən olduqca çoxdur. Bütün bunlar onların kreditləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bundan başqa, sahibkarların hüquqi müdafiə sisteminin, məhkəmə sisteminin və məhkəmə qərarlarının icra prosesinin yaxşılaşdırılması üçün addımlar atmaq lazımdır", - deyə o əlavə edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət