Rusiyanın Həştərxan vilayəti Azərbaycandan meyvə-tərəvəzin birbaşa tədarükündə maraqlıdır. Bu barədə vilayətin aqrosənaye kompleksi və ticarət nazirinin müavini İrina Bajanova bəyan edib.
Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Həştərxan vilayətinin iqtisadi sahəsinin nümayəndələri bu vilayətin investisiya potensialını təqdim ediblər. Bu barədə vilayətin hökumətinin sayt məlumat verib.
“Azərbaycanla xarici ticarət dövriyyəsinin artırılması imkanı mövcuddur, xüsusilə idxalın. Regionda cənubdan meyvə-tərəvəzin tədarükündə maraqlı olan iri ticarət şəbəkələri var”, - deyə İ.Bajanova qeyd edib.
Onun sözlərinə görə, ticarət dövriyyəsinin statistikası reallığı əks etdirmir. “Piştaxtalarda meyvə-tərəvəz olsa da, bu rəqəmlərdə əks olunmur: vasitəçi regionlar vasitəsilə tədsrük həyata keçirilir. Bu gün Azərbaycandan meyvə-tərəvəzin vilayətə bitrbaşa tədasrükünü təşkil etməyə imkan vermək üçün həll yolları axtarırıq. Vasitəçilərdən imtina edərək biz məhsulun əlavə qiymətini endiririk”, - deyə o vurğulayıb.
Həştərxan vilayəti hökumətinin sədr müavini Viktor İkonnikov qeyd edib ki, 2016-ci ilin birinci yarısında xarici ticarət dövriyyəsinin həcmi $7 mln.-a yaxın təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən bir qədər azdır.
“Azərbaycan ərazisində sənaye parklarının inkişafı təcrübəsi bizim üçün maraqlıdır”, - deyə o qeyd edib.
Forum çərçivəsində Həştərxandan olan nümayəndə heyəti kiçik və orta biznesin dəstəklənməsi, aqrar sahədə əməkdaşlığın inkişaf mexanizmlərini müzakirə ediblər. Həmçinin yeni işgüzar əlaqələrin qurulması məqsədilə Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüşlər keçirilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət