Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kredit təşkilatları vasitəsilə 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlara 120 mln. 585,1 min manat məbləğində güzəştli kredit verib. Bu barədə rəsmi mətbuatda dərc olunan fondun kreditləşmə sahəsində hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-sentyabr aylarında fondun vəsaitindən sahibkarların kreditləşməsinin həcmi 158 mln. 947,1 min manat təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində SKMF xətti ilə kreditləşmənin həcmi 24,1% azalıb.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində fonrin vəsaiti hesabına 1,815 min layihə maliyyələşdirilib (azalma 57,3% - İF-Az).
Bu layihələrin kreditləşməsi 5,689 min yeni iş yerinin yaradılmasına imkan verəcək (azalma 42,5% - İF-Az).
Hesabat dövründə sənaye məhsullarının istehsalı və eMalı sahəsində 19 mln. 269 min manat məbləğində 82 layihə, ASK məhsullarının istehsalı sahəsində 70 mln. 962,6 min manat məbləğində 1,718 min layihə, ASK məhsullarının emalı sahəsində 17 mln. 838,5 min manat məbləğində 11 layihə, xidmətlər (infrastruktur) sahəsinin inkişafı 12 mln. 515 min manat məbləğində 4 layihə maliyyələşdirilib.
SKMF-nin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində 98 mln. 178,5 min manat ümumi məbləğdə 26 xüsusi iri kredit, 16 mln. 671,6 min manat məbləğində 1,768 min kiçik kredit, 5 mln. 735 minh manat məbləğində 21 orta kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat kredit verilib. 2016-cı ildə Fondun vəsaitindən kreditləşmənin həcmi 250 mln. manat həcmində planlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət