Milli Məclisin bu gün keçirilən plenar iclasında idman yarışlarının manipulyasiyası ilə bağlı Cinayət Məcəlləsinə əlavələr qəbul edilib.
Bununla bağlı Cinayət Məcəlləsinə 192-2 (İdman yarışlarının manipulyasiyası) maddəsi əlavə olunub.
Maddəyə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 min manatdan 5 min manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməllər təkrar törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılacaq.
İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onlar özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etməyə görə 3 ilədək müddətə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.
Bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
“Bədən tərbiyəsi və idman haqqında” qanuna müvafiq əlavələr qəbul olunub. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət