Azərbaycan Beynəlxalq Bankı (ABB) “İnter” futbol klubunda payını 100%-dək artırıb. Bu barədə bankın 2016-cı ilin I yarısının yekunları üzrə maliyyə hesabatında deyilir.
Daha əvvəl ABB-nin “İnter”də payı 20% idi.
«2016-cı ilin yanvar ayında bank borc öhdəliklərinin yerinə yetirilməsi haqqında müqavilə üzrə klubun kapitalını tam həcmdə əldə edib. Klubun əsas aktivi Bakıdakı stadiondur. Sövdələşmə zamanı “İnter” FK-nın məcmu aktivləri 28 mln. 296 min manat təşkil edib», - deyə hesabatda qeyd edilir.
Bundan başqa, cari ilin yanvar ayında ABB “Joint Leasing” şirkətinin kapitalındakı payını 47,6%-dən 100%-dək artırıb və bundan sonra şirkətin adı “Beynəlxalq Lizinq Şirkəti” adı ilə əvəzlənib. «Sövdələşmə zamanı şirkətin aktivləri 37 mln. 934 min manat məbləğində olub», - deyə hesabatda bildirilir.
2016-cı ilin I yarısında bank Bakı Banklararası Valyuta Birjasının kapitalında malik olduğu 20% həcmində payını satıb.
I yarımilliyin sonuna olan məlumata görə, bank “ABB-Moskva” törəmə bankının, Beynəlxalq Sığorta Şirkətinin, “AzəriKard” prosessinq mərkəzinin tam sahibi olaraq qalır, habelə “ABB-Gürcüstan”ın kapitalında 75%-lik payını qoruyub saxlayır.
Bundan əlavə, ABB Bakıda 35 filiala, London və Frankfurtda isə nümayəndəliklərə malikdir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət