Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədi (“Ağ sənəd”) Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib. Bu barədə “AmCham”-dan məlumat verilir.
Sənəd Azərbaycan iqtisadiyyatının inkişafı üçün müxtəlif sahələrə dəstək məqsədilə “AmCham” tərəfindən iki ildən bir tərtib edilərək ölkə rəhbərliyinə təqdim edilir.
“Ağ sənəd” Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında “AmCham”ın üzv heyətinin kollektiv düşüncəsini əks etdirir. Aprelin 12-də “AmCham”ın üzvləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə iştirak ediblər. Görüş zamanı “Ağ sənəd”in hazırlanması məsələsi vurğulanıb və sənəd artıq “AmCham” tərəfindən ölkə rəhbərliyinə təqdim edilib”, - deyə məlumatda deyilir.
“Biz biznes ictimaiyyətinin uğurlu iqtisadi islahatların həyata keçirilməsi və sağlam biznes mühitinin yaradılmasında mühüm rol oynadığını düşünürük və bunu nəzərə alaraq “Ağ sənəd”ə ilk dəfə olaraq Azərbaycanın biznes icmasına da ünvanlanmış bir sıra tövsiyələr daxil etmişik”, - deyə Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova bildirib.
“Ağ sənəd” iki bölmədən ibarətdir – ciddi əhəmiyyət kəsb etdiyinə və Azərbaycana ən böyük təsir göstərəcək məsələləri əhatə edən “Xülasə” hissəsi və müəyyən spesifik məsələlər haqqında əlavə tövsiyə və daha ətraflı təkliflərin qeyd olunduğu “İkinci” hissə.
“Ağ sənəd”in builki sayı hökumətin iqtisadiyyatın müxtəlif sektorlarını inkişaf etdirmək üçün atdığı müsbət addımları, həmçinin Azərbaycanın biznes mühitinin inkişafı üçün vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edir.
“AmCham”ın Azərbaycan hökumətinə təqdim etdiyi eyni adlı sənədlərdə əksini tapmış təkliflər dövlətin siyasi proqramlarına daxil edilib, bəzi təkliflər isə müvafiq qanun dəyişiklikləri ilə nəticələnib”, - deyə məlumatda deyilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət