“B.EST Solutions” şirkəti ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında mövcud olan əməkdaşlıq çərçivəsində “ISESCO BESTDOC PORTAL” layihəsinin pilot rejimdə tətbiqinə dair razılaşma imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “B.ESTSolutions” şirkətindən məlumat verilib.
Razılaşma Rabat şəhərində (Mərakeş) imzalanıb.
“Razılaşmanın başlıca mövzusu ISESCO üçün qabaqcıl sərhədlərarası rəqəmsal imza və elektron sənəd dövriyyəsi portalının yaradılması və tətbiqi sahəsində tərəflərin əməkdaşlığını əhatə edir”, - deyə məlumatda qeyd olunur.
“ISESCO BESTDOC PORTAL” adlandırılacaq portal Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron imza texnologiyalarının bazasında xüsusi olaraq ISESCO üçün yaradılmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyi ilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan 52 ölkə arasında sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq.
Portaldan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.
Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitet alətinin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.
“ISESCO BESTDOC PORTAL” portalının təqdimatı ötən ilin noyabr ayında Bakıda baş tutmuş ISESCO İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası çərçivəsində keçirilib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət