Cənubi Koreya neft-kimya sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Koreya Respublikaının Bakıdakı səfiri Kim Chang-gyu “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoruNataliya Əliyevailə görüş zamanı bəyan edib.
“Koreyanın sənayesi neft-kimya sahəsində çox rəqabətəqavamlıdır. Çox sayda xaricə ixrac olunan neft-kimya məhsulları istehsal edirik. Neft-kimya məhsulları ixracımızda nömrə birdir. Bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilərdik”, - deyə diplomat vurğulayıb.
Səfir xatırladıb ki, hazırda Koreyanın Samsung Engineering şirkəti Sumqayıtda mineral gübrələrin istehsalı üzrə zavod inşa edir. Onun sözlərinə görə, Koreya şirkətləri Azərbaycanda neft-kimya zavodlarının tikintisi sahəsində əməkdaşlığa hazırdır.
Diplomat, o cümlədən, Azərbaycan hökumətinin ölkəyə xarici sərmayələrin axınını təmin edən biznes mühitin yaxşılaşdırılması üzrə səylərini yüksək qiymətləndirib.
“Hökumət islahatlara başlayandan Azərbaycanda işgüzar mühit mühüm dəırəcədə yaxşılayıb, lakin hələ də görüləcək işlər var. Əminəm ki, islahatlar davam etdikcə, bir çox xarici şirkətlər Azərbaycana sərmayələr yatıracaqlar”, - deyə K.Chang-gyu qeyd edib.
Səfir həmçinin bəyan edib ki, Cənubi Koreya milli iqtisadiyyatın yaxşılaşdırılması və şaxələndirilməsi üzrə tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycanla təcrübə və texnologiyaları ilə bölüşməyə hazırdır.
O, həmçinin iki ölkə arasında azad ticarət haqqında sazişin imzalanması zərurətini qeyd edib. Bu, Koreya şirkətlərinə Azərbaycanda fəaliyyətlərini genişləndirmək üçün daha çox imkanlar açar.
“Bundan başqa, Koreya sərmayələrinin Azərbaycana gətirilməsi üçün hökumət vergilər, gömrük qeydiyyatı, inzibati prosedurlar sahəsində şirkətlərimizə daha artıq təkan verməlidir”, - deyə K.Chang-gyu bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət