Azərbaycan Mərkəzi Bankın 2015-ci ildən etibarən həyata keçirdiyi pul siyasəti $20 mlrd.-dan artıq məbləğdə strateji valyuta ehtiyatlarına qənaat etməyə imkan verib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“AMB-nin həyata keçirdiyi tədbirlər ölkənin $20 mlrd.-dan artıq məbləğində strateji valyuta ehtiyatlarına qənaat etməyə imkan verib”, - deyə E.Rüstəmov bu gün parlamentdə 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, son iki il ərzində qeyri-neft malları və xidmətlərin idxalı 36% və ya $6 mlrd. azalıb. Qeyri-neft xidmətlərinin kəsiri 3 dəfədən çox azalıb. “Bu dövrdə turizm xidmətləri üzrə balans $700 mln. artıb, kəsir profisitlə əvəz olunub”, - deyə E.Rüstəmov qeyd edib.
AMB-nin sədri əlavə edib ki, 2014-cü ildən etibarən neftin ucuzlaşması valyuta gəlirlərinin azalmasına səbəb olub və “bu Azərbaycan iqtisadiyyatı üçün çöyük çağırış olub”.
“2016-cı ilin yekunları üzrə $12,8 mlrd. səviyyəsində ixrac proqnozlaşdırılır, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə $22 mlrd. azdır”, - deyə o əlavə edib.
Azərbaycanın valyuta ehtiyatlarını AMB-nin ehtiyatları və Dövlət Neft Fondunun aktivləri formalaşdırır. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət