Azərbaycan Trans-Adriatik qaz kəməri (TAP) ilə əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün ABŞ-ın siyasi dəstək nümayiş etdirəcəyinə ümid edir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
TAP layihəsi dekabrın 6-da energetika naziri Natiq Əliyev və ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvortun görüşündə müzakirə olunub.
Görüşdə tərəflər İtaliyada referendumun Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək TAP qaz kəməri layihəsinin icrasına mümkün təsirləri ilə bağlı müzakirələr aparıblar.
““Cənub Qaz Dəhlizi”nin seqmentləri – “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi,TANAP layihələri üzrə işlərin icra vəziyyətinin qənaətbəxş olduğunu qeyd edən N.Əliyev TAP-la əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün Məşvərət Şurasının III iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunaraq, siyasi dəstək nümayiş etdirməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, görüşdə DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi, “Transxəzər” qaz kəməri layihəsi ilə bağlı danışıqlar prosesinin gedişatı və enerji təhlükəsizliyi məsələsində Azərbaycan-Amerika əməkdaşlığının perspektivləri də müzakirə obyekti olub.
Məşvərət Şurasının III iclası 2017-ci ilin fevral ayında keçiriləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət