Mərkəzi Bank (AMB) 2017-ci ildə sərt pul siyasətini davam etdirəcək. Bunu bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
«Üzən məzənnəyə keçidlə əlaqədar pul siyasəti pul bazası və pul kütləsinə hədəflənib. Buna görə 2017-ci ildə sərt pul proqramı həyata keçiriləcək», - deyə o, bu gün parlamentin plenar iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. “2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə, faiz dərəcələri səviyyəsinə baxılacaq”, - deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq. “Makroiqtisadi sabitliyin təmin olunması monetar və fiskal, pul-kredit valyuta siyasəti və büdcə-vergi siyasətinin koordinasiyasını tələb edir”, - deyə o əlavə edib.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır. 2017-ci ildə inflyasiya 7,3% təşkil edəcək.
2015-ci ildə respublikada orta illik inflyasiya 4% təşkil edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət