“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (XDG) QCS və “Qazaxıstan Dəmir Yolları” SC əməkdaşlıq və müştərək müəssisənin yaradılması barədə razılığa gəlib. Bu barədə XDG-nin məlumatında deyilir.
«Dekabrın 6-da Astanada “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC-nin sədrləri arasında keçirilən görüşün yekunları üzrə iki qurum arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb. Sənəd Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TMTM) effektiv istifadə edilməsi üçün birgə fəaliyyəti nəzərdə tutur», - deyə məlumatda qeyd edilir.
Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər.
Bundan başqa, tərəflər müştərək müəssisə - Kurık (Aktau)-Ələt (Bakı)-Kurık (Aktau) limanlarından Transxəzər dəhlizi və digər marşrutlarla yükdaşımaların həcminin artırılmasını təmin etmək üçün Xəzər dənizində yükdaşımalar üzrə yeganə kommersiya operatoru yaratmağı planlaşdırır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət