Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycana $1 mlrd. kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
"AİB-in Direktorlar Şurası dekabrın 7-də “Şahdəniz” qaz yatağının 2-ci mərhələsinə dəstək üçün $1 mlrd. məbləğində kredit ayırıb. Kredit vəsaitlərinin “Şahdəniz” yatağında hasil edilən təbii qazın ixracından əldə olunan gəlirlərin artırılması və əlavə iş yerlərinin açılması hesabına Azərbaycanın fiskal mövqeyinin yaxşılaşdırılması və layihənin maliyyələşdirilməsi üzrə ölkənin səylərinin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır", - deyə məlumatda qeyd edilir.
Maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” (CQD) QSC üçün özəl sektora $500 mln. vəsaitin ayrılması və əlavə $500 mln. məbləğində kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət CQD tərəfindən cəlb edilən kommersiya kreditlərinə aiddir.
“Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan “Şahdəniz” layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək”, - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O`Sallivan bildirib.
“AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın qonşu və Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”, - deyə o vurğulayıb.
Hazırda “Mərhələ-2”nin dəyəri $23,8 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildə başlanılacaq.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət