2017-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün parlamentin plenar iclasında çıxışı zamanı vbəyan edib.
“Fondun xərcləri 2016-cı il ərzində büdcənin icrası ilə bağlı gözlənilən göstərici ilə müqayisədə 8% artacaq. 2017-ci ildə xərclərin artdığı 248 mln. manatın 229 mln. manatı əmək pensiyaları, 5,6 mln. manatı icbari social sığortası üzrə müavinətlərin ödənişi, 13,4 mln. manatı digər xərclərə yönəldiləcək”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə əhaliyə ödənişlər 3 mlrd. 318 mln. 220 min manat (bütün xərclərin 97,6%-i) təşkil edəcək, bu da 2016-cı ilə icra üzrə proqnozdan 234 mln. manat və ya 7,6% çoxdur.
“Gələn il 3 mlrd. 213 mln. 820 min manat vəsaitin əmək pensiyaların ödəniçşinə yönəltmək planlaşdırılır (artım 8%)”, - deyə S.Müslümov bəyan edib.
O qeyd edib ki, 2016-cı ilin yekunları üzrə pensiyaların sığorta hissəsinin indeksləşməsinə 2017-ci ildə 127 mln. manat yönəldiləcək.
“2017-ci ildə əmək pensiyalarının ortaaylıqməbləği 203 manata çatacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, gələn il 104,4 mln. manat (artım 5,7%) sosial ödənişlərin və müavinətlərin ödənilməsinə yönəldiləcək. DSMF-in mərkəzi aparatı və yerli orqanlarının saxlanması xərcləri 40 mln. manat (artım 48,2%) təşkil edəcək.
“Fondun saxlanmasına xərclərin artımı onun fəaliyyət sahəsinin genişlənməsi, təkrar strukturlaşdırılması, ştat vahidinin 1,88 min nəfər artması ilə əlaqədardır”, - deyə S.Müslümov vurğulayıb.
Nazir qeyd edib ki, 2017-ci ildə DSMF-nin gəlirləri 2016-cı il ərzində fondun büdcəsinin icrası üzrə gözlənilən proqnozla müqayisədə 270 mln. manat və ya 8,6% artacaq.
“Gələn il fondun gəlirləri strukturunda DSMF-yə dövlət icbari sosial sığorta üzrə ayırmaların payına 62,5% düşəcək. Bu maddə üzrə gəlirlər 2 mlrd. 125 mln. manat təşkil edəcək (artım 13% və ya 245 mln. manat). Bütün gəlirlərin 36,5%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq (artım 1,9% və ya 24 mln. manat)”, - deyə S.Müslümov bildirib.
2016-ci il üçün DSMF-nin kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 307 mln. 360 min manat səviyyəsində təsdiq olunub. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət