ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərini tezliklə Qarabağ münaqişəsinin nizamlanmasına dair birbaşa danışıqların bərpasına çağırır.
“Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin, onların buna hazır olacaqları təqdirdə, görüşünü keçirməyə hazırdır. Biz qətiyyətlə əminik ki, prezidentlər ilk fürsətdə xoşməramlı danışıqlar aparmalıdırlar. Həmsədrlərin vasitəçiliyi ilə prezidentlər arasında mütəmadi və birbaşa danışıqların aparılması etimadın möhkəmlənməsi və sülh prosesinin irəliləməsi yolunda mühüm elementlərdən biri olaraq qalmaqdadır”, - deyə RF XİN-in saytında dərc olunan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
“Biz Azərbaycan və Ermənistan liderlərinə çağırışlarımızı təkrarlayaraq, çeviklik nümayiş etdirməyə və hazırkı işçi təkliflərin əsasında dayanıqlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar masasına qayıtmağa çağırırıq. Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri yalnız artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq”, - deyə rusiyalı nazir Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və fransalı nazir Jan-Mark Eyronun bəyanatında vurğulanır.
Onların sözlərinə görə, “münaqişənin həlli Helsinki Yekun Aktının əsas prinsiplərinə, yəni: güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi və həmsədr ölkələrin prezidentləri tərəfindən təklif olunan əlavə elementlər, o cümlədən, Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ; və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır”.
“Bizim ölkələrimiz tərəflərlə sıx əməkdaşlığı davam etdirəcəyik və biz tərəfləri vasitəçi kimi Minsk Qrupu həmsədrlərinin yardımından tam istifadə etməyə çağırırıq", - deyə bəyanatda qeyd edilir.
Bəyanatda təmas xəttində davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlıq bildirilir. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət