Noyabr ayında Azərbaycanda inflyasiya 1,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3% bahalaşıb”, - deyə məlumatda qeyd edilir.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçenye və paxlavanın,makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armudun, narın, heyvanın, pomidorun, xiyarın qiymətlərində bahalaşma, bananın, almanın, limonun, naringinin, xurmanın, şabalıdın, kələmin, göyərtinin, kökün, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, dərmanların, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının, kitabların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub.
Noyabr ayının yekunları üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabrın yekunları üzrə 11,6%-ə qarşı 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% bahalaşıb.
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ilin yekunları üzrə respublikada orta illik inflyasiya 4% təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət