Azərbaycan hökuməti vətəndaşların bank əmanətləri üzrə gəlirlərinə vergi tətillərinin 3 ildən 5 ilədək uzadılmasını təklif edir. Bunu vergilər naziri Fazil Məmmədov deyib.
«Biz bu güzəştlərin müddətinin 3 ildən 5 ilədək, yəni 2021-ci ilin fevral ayınadək uzadılmasını təklif edirik», - deyə o, Milli Məclisinprofil komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinə də şamil edilir.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2016-cı il martın 1-də Vergi Məcəlləsində vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərinə 3 illik vergi tətillərinin tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib. 2015-ci il yanvarın 1-dək vətəndaşların bank əmanətləri üzrə gəlirlərindən vergi tutulmurdu. Lakin 2015-ci ildən vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulması praktikası tətbiq edilib.
Vergi dərəcəsi 10% təşkil edir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət