Azərbaycan hökuməti fond birjasının texnologiya və informasiya infrastrukturunun təkmilləşdirilməsi üçün investisiya tələbatını 10 mln. manat həcmində qiymətləndirir. Bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur.
“Azərbaycanda fiziki və hüquqi şəxslərin maliyyə bazarlarına çıxışı digər ölkələrlə müqayisədə aşağıdır. Qiymətli kağızlar bazarında əməliyyatlar həyata keçirilsə də, ticarət həcmləri kiçikdir. Xüsusilə, 2015-ci ilin yekunları üzrə Azərbayucanda özəl kreditlərin payı ÜDM-in 20%-i, səhm bazarının həcmi - ÜDM-in 1%-i, istiqraz bazarında əməluyyatların həcmi ÜDM-in 7%-i olub”, - deyə sənəddə qeyd edilir.
Azərbaycan hökuməti maliyyə baarlarına çıxışı yaxşılaşdırmaq məqsədilə 7 əsas tədbiri müəyyən edib: listinqə çıxışı məhdudlaşdıran amillərin təhlili, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, sahiblik düşüncə tərzinin dəyişdirilməsi, Yol xəritəsinin hazırlanması və icrası, gəlirlilik əyrisinin formalaşdırılması, sekyuritizasiya prosesinin təşviqi.
2020-ci ilə qədər MBNP-nin sekyuritizasiya üzrə normativ hüquqi bazanın hazırlanması nəzərdə tutulur.
“Bu tədbirlər 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxmasını təmin etməlidir. Fond birjasının texnologiya və informasiya infrastrukturunun təkmilləşdirilməsi üçün 10 mln. manat investisiya tələb olunur”, - deyə sənəddə vurğulanır.
Azərbaycanda şirkətlərin listinqə marağının artırılması maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Belə ki, müvafiq dövlət qurumları üç istiqamət üzrə (təşviqedici tədbirlər, listinq prosesi, sahiblik düşüncəsi) tənzimləməni və qanunvericiliyi təkmilləşdirməklə listinqdə olan şirkətlərin sayını artıra bilərlər. Mövcud qanunvericilik və tənzimləmə şirkətlərin listinqə çıxması üçün əlavə stimullar yaratmır, listinqdə olan və olmayan şirkətləri fərqləndirmir. “Şirkətlərin listinqə daxil olmasını təşviq etmək məqsədilə müvəqqəti maliyyə və qeyri-maliyyə güzəştlərinin verilməsi nəzərdən keçirilə bilər”, - deyə sənəddə qeyd edilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət