SOCAR şirkəti (ARDNŞ) Azərbaycanda qaz-kimya kompleksi (GPC) layihəsi çərçivəsində lisenziarlar seçib. Bu barədə SOCAR-dan məlumat verilib.
“SOCAR GPC layihəsi çərçivəsində müasir texnologiyaların tətbiq olunması ilə təbii qazın mükəmməl emalı və yüksək keyfiyyətli polimer məhsulları istehsal edilməsi məqsədilə SOCAR-la dünyanın neft-kimya sənayesində mühüm texnologiyalara sahib olan “Technip”, “Univation”, “Axens” və SinopecTech şirkətləri arasında texnologiya lisenziyası müqavilələri imzalanıb”, - deyə məlumatda deyilir.
İmzalanan müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər.
Məlumatda həmçinin qeyd edilir ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırlır.
“SOCAR GPC Layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır”, - deyə məlumatda vurğulanır.
Yeni layihə şərçivəsində illik istehsal gücü 10 mlrd. m3 olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılır.
SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələlər əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət