SOCAR (ARDNŞ) Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusunu istismara verib. Bu barədə SOCAR-dan məlumat verilib.
“Yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb”, - deyə məlumatda deyilir.
Quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır.
“14 nömrəli quyudan gündəlik 1 mln. kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənılır. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir”, - deyə məlumatda qeyd olunur.
Hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
Azərbaycanın qaza olan tələbatının təmin edilməsi baxımından, eləcə də Trans-Anadolu qaz kəməri (TANAP) ilə ixrac ediləcək qaz mənbələrindən biri olaraq “Ümid” yatağı SOCAR-ın diqqət mərkəzindədir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət