Vergilər Nazirliyi tərəfindən 2017-ci ilin dövlət büdcəsinə köçürmələr planı 7 mlrd. 510 mln. manat məbləğində müəyyən edilib ki, bu da 2016-cı ilin göstəricisindən 7,1% çoxdur. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"2016-cı ildə nazirlik üçün proqnoz 7 mlrd. 10 mln. manat təşkil edir, 2017-ci ildə bu göstərici 7 mlrd. 510 mln. manatadək artırılıb. Hesab edirik ki, bu, minimal məbləğdir və onu artırmağa çalışacağıq", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi kameral və səyyar yoxlamaların sayını iki dəfə azaldıb.
"Bu, daxilolmaların azalması ilə yanaşı, həm də vergitutma bazasının genişləndirilməsi hesabına onların artmasına səbəb olub”, - deyə S.Ələkbərov qeyd edib.
Vergi Məcəlləsinə dəyişikliklərə toxunan vergilər nazirinin müavini deyib ki, məcəllədəki 221 maddədən 83-nə dəyişiklik edilib, 3 maddə isə ləğv edilib.
"Dəyişikliklər illərdir tətbiq etməyə çalışdığımız məsələlər – transfert qiymət əmələgəlmə və qanunvericiliyimiz üçün digər yeni anlayışlarla bağlı olub", - deyə o vurğulayıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət