Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə depozitlərin dollarlaşma səviyyəsinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
«Əmanət və depozitlərin ümumi həcmində xarici valyutada nominasiya edilmiş əmanət və depozitlərin xüsusi çəkisi il ərzində 11,8 faiz bəndi azalıb. İl ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 85%-dən 81,2%-dək aşağı düşüb», - deyə məlumatda bildirilir.
AMB pul bazasını lazımi səviyyədə saxlamaq üçün 2016-cı ildə aktiv şəkildə izafi pul kütləsinin sterilizasiyasını həyata keçirib.
«Ötən il Mərkəzi Bank maliyyə sabitliyinin dəstəklənməsi çərçivəsində verilmiş vəsaitlərin 75%-ni sterilizasiya edib. Sterilizasiya əməliyyatlarının həcmi pul kütləsinin 50%-dən çox olub. Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olmasının qarşısı alınıb», - deyə məlumatda qeyd edilir.
AMB 2016-cı ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb, habelə qısamüddətli notların emissiyasını bərpa edib.
«Hesabat ilinin sonuna depozit hərracları və qısamüddətli notlar vasitəsilə cəlb olunmuş vəsaitlər üzrə qalıq 150 mln. manat təşkil edib», - deyə məlumatda vurğulanır.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət