SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) 2016-cı ildə ilk dəfə olaraq işlənən yataqlardan neft hasilatını 1 mln. tona çatıdırb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilir.
“2016-cı ildə “Neft Daşları” NQÇİ ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1 mln. tona çatdırılıb. NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırıldı”, - deyə məlumatda deyilir.
Son 3 ildə qazmadan 54 quyu alınıb, cari və əsaslı təmir işləri görülüb, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilib. Quyu fondu üzərində səmərəli iş aparılıb, yeni texnika və texnologiyalar tətbiq edilib, boş dayanmaların qarşısı alınıb, neftin maya dəyəri aşağı düşüb.
“Neft Daşları” NQÇİ “Neft Daşları” və “Palçıq vulkanı” yataqlarının işlənməsi ilə məşğul olur. Bu sahələr 1949-cu ildən işlənir. İstismar edildiyi müddət ərzində “Neft Daşları” yatağından 182,861 mln. ton neft və 14 mlrd. 92 mln. kubmetr qar hasil edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət