İkinci əlverişli mənzil layihəsi Suraxanı rayonunda həyata keçiriləcək və bunun üçün 20 hektar torpaq sahəsi ayrılıb. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev «R+»a müsahibəsində deyib.
"Statistika və aparılmış tədqiqatlar göstərir ki, bu gün uyğun qiymətlərlə mənzilə ən böyük tələbat məhz Bakıda müşahidə edilir. Bununla bağlı, növbəti layihənin də məhz paytaxtda gerçəkləşdirilməsi barədə qərar qəbul edilib”, - deyə o bildirib.
Direktorun sözlərinə görə, təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı baxımından, həm də nəqliyyat və başqa mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişlisi Suraxanı rayonundadır. Sahəsi 20 hektar olan bu torpaq sahəsi Zığ - Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir.
“Hazırda bu məsələnin məsul qurumlarla razılaşdırılması qalıb. Nazirlər Kabineti tərəfindən bu torpaq sahəsinin «MİDA» MMC-nin sərəncamına verilməsi barədə qərar qəbul edildikdən sonra, biz dərhal ərazinin müfəssəl planının işlənməsinə və layihə-smeta sənədlərinin hazırlanmasına başlayacağıq”, - deyə S.Nuriyev qeyd edib.
O əlavə edib ki, ilkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı təxminən 4000 olacaq. “Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq. Sonrakı mərhələdə biz respublikanın başqa şəhərlərində və rayon mərkəzlərindədə müvafiq layihələr gerçəkləşdirməyi planlaşdırırıq”, - deyə agentliyin direktoru vurğulayıb.
O deyib ki, birinci layihə üçün Yasamal rayonunda 11,6 hektarlıq sahə ayrıldı. Bu layihə 29 yaşayış binasını əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikilicək. Bəzi binaların altında sosial və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq. Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb", - deyə S.Nuriyev bildirib.
Onun sözlərinə görə, kompleksin böyük hissəsi tikinti üçün yox, yaşayış üçün komfortlu şərait yaradılmasına ayrılıb. Ərazinin yalnız 25%-də binalar tikiləcək; 75%-i isə yaşıllıq, yollar, böyük həyət üçün ayrılıb.
"Binaların özlərinin layihələşdirilməsi prosesinə, mənzillərin optimal quruluşunun əldə edilməsinə xüsusi diqqət yetirmişik. Nəticədə, fasadların cəlbedici dizaynı ilə yanaşı, demək olar ki, bütün mənzillərin təbii havalandırılmasını təmin etməyə nail olmuşuq. Baxmayaraq ki, əhalinin aztəminatlı ailələrinin mənzil almasını təmin etmək üçün biz, əsasən, kiçikölçülü mənzillərin tikintisini nəzərdə tuturuq. Ölçülərə gəldikdə isə, iç divarlardan ölçmələr aparıldıqda, birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək. İlk binanın istismara verilməsi artıq gələn ilə nəzərdə tutulur”, - deyə S.Nuriyev əlavə edib.
Direktor bildirib ki, prezident İlham Əliyev tərəfindən 16 noyabr 2016-cı ildə verilmiş Fərmanda güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Orada bu mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası müəyyən edilib. Əsas diqqət gənc ailələrə verilir. Bu sahədə şəffaflığın təmin edilməsi üçün agentliyə «Güzəştli mənzil» elektron portalının yaradılması göstərişi verilib. Məqsəd odur ki, insanlar heç bir artıq əziyyət olmadan onlayn qeydiyyata düşə bilsinlər, güzəştli mənzil axtaran kimi avtorizasiyadan keçsinlər və onlara uyğun gələn mənzili ala bilsinlər.
"Dövlətin güzəştli mənzil proqrammı iki əsas güzəşt təqdim edir: birinci - mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq; ikinci - Azərbaycan İpoteka Fondunun illik 4%-lə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq. Bizim hesablamalar göstərir ki, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar əmlak sahibi olmaq imkanı əldə edəcəklər. Bundan başqa, yuxarıda sadalanan qaydalara uyğun olaraq, biz mülkiyyətin əvvəlcədən qeydiyyat sistemini işə salırıq. Bu, Azərbaycanda qanunvericiliklə təsdiqlənsə də, geniş istifadə edilmirdi. Yəni artıq tikinti gedə-gedə müvafiq dövlət qurumunda mənzilə mülkiyyət hüququ qeydiyyata alınacaq ki, bu da həmin mərhələdə ipoteka krediti götürməyə imkan yaradacaq", -deyə o vurğulayıb.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət