Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək lazımdır. Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bəyan edib.
“Ölkədə qəbul edilən Strateji Yol Xəritələri rəqabətlə bağlı vəziyyət yaxşılaşmadan işləməyəcək. Parlamentin yaz sessiyasında Rəqabət Məcəlləsinin qəbulunu təklif edirəm”, - deyə V.Əhmədov bu gün Komitənin iclasında bildirib.
Onun sözlərinə görə, parlament artıq 10 ildir ki, Rəqabət Məcəlləsini qəbul etməyə müvəffəq olmur.
“2006-cı ildə Məcəllə layihəsi parlamentə təqdim olunub, iki oxunuşdan keçib, lakin qəbul edilməyib. Ölkədə müəyyən qüvvələr bu Məcəllənin qəbulunda maraqlı deyil”, - deyə V.Əhmədov vurğulayıb.
Komitənin sədri Ziyad Səmədzadə öz növbəsində qeyd edib ki, deputatların Rəqabət Məcəlləsinin layihəsinə baxması üçün bu sənəd parlamentə təqdim olunmalıdır. Bununla əlaqədar, V.Əhmədov müvafiq dövlət strukturları qarşısında bu məsələnin qaldırılmasını təklif edir.
Bundan başqa, V.Əhmədov Hesablama Palatasının səlahiyyətləri və maliyyə nazərəti ilə əlaqədar qanun layihələrinin parlamentin yaz sessiyasında baxılması zərurətini vurğulayıb.
“Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılandan sonra bank sektorunda vəziyyət nəinki yaxşılaşdı, əksinə, daha da pisləşdi. Bu gün Mərkızi Bank ilə MBNP arasında müəyyən mübahisəli məsələlər var. Biz bu sektoru sağlamlaşdıra bilmirik, buarada çox ciddi problemlər mövcuddur”, - deyə V.Əhmədov qeyd edib.
Z.Səmədzadə bəyan edib ki, “Hesablama Palatası haqqında” qanunun yeni redaktəsi Komitənin işçi planına daxil edilib.
Parlamentin yaz sessiyası 1 fevral 2017-ci il tarixindən işinə başlayır. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət