Azərbaycan hökuməti 50 ədəd lokomotivin alınması məqsədilə “Societe Generale”, “BNP Paribas” və Fransanın “HSBC Bank”ından 276,995 mln. avro məbl\ğində kredit cəlb edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il Azərbaycan hökuməti ilə “Societe Generale”, “BNP Paribas” və “HSBC Bankı”nın Fransa filialı ilə arasında «50 ədəd lokomotivin alınması» layihəsi üzrə 276 mln. 995 min avro dəyərində kredit sazişi imzalanıb”, - deyə hökumətdən qeyd ediblər.
Azərbaycan hökuməti həmin lokomotivləri Bakı-Tbilisi-Qars dəmir yolunda istifadəyə buraxmağı planlaşdırır.
Bundan başqa, Azərbaycan hökuməti "Societe Generale" Bankından 151 ədəd «İveco Urban Way» markalı avtobusların alınması məqsədilə 32,205 mln. avro məbləğində kredit cəlb edir. Bu kredit üzrə saziş artıq imzalanıb”, - deyə hökumətdən vurğulanıb.
2007-ci il fevralın 7-də Gürcüstan, Azərbaycan və Türkiyə Tbilisi- Bakı dəmir yolu magistralından istifadə etməklə Bakı-Tbilisi- Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olmaqla 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindən keçən Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur. Həmçinin, Axalkalaki-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsinin yenidən qurulması nəzərdə tutulur.
Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilir. Azərbaycan Gürcüstana ümumi məbləği $775 mln. təşkil edən iki güzəştli kredit ayırıb.
Bakı-Tbilisi -Qars dəmir yolu 2017-ci ilin birinci rübündə istifadəyə veriləcək.
İlkin mərhələdə bu dəmir yolu ilə ildə 5 mln. ton səviyyəsində yük daşınması nəzərdə tutulub. Gələcəkdə bu həcmin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC 2014-cü ildə Fransanın “Alstom” şirkəti ilə 50 yük lokomotivinin tədarükünə dair təxminən 300 mln. avro dəyərində müqavilə imzalayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət