1 fevral 2017-ci il tarixinə Azərbaycanın fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 mln. 393 min 453 nəfər təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 0,6% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
“Cari ilin yanvar ayında fərdi uçot sistemində əlavə olaraq 21,545 min nəfər şəxsə fərdi şəxsi hesab açılıb”, - deyə məlumatda bildirilir.
Hazırda fərdi uçot sisteminin əhatə etdiyi şəxslər arasında say baxımından birinci yeri 30-40 yaşlarında olanlar tutur. Onlar fərdi hesabı açılanların 25,7%-ni təşkil edirlər. İkinci yerdə 50-60 yaşlarında olanlardır ki, sistemin əhatə etdiyi insanların 21%-i bu yaş qrupunda olanlardan ibarətdir. Sistemdə, həmçinin 40-50 yaşlarında olan 676 317 nəfər (19,9%), 30 yaşa qədər olan 676 300 nəfər (19,9%) qeydiyyatdadır. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət