“Azərişıq” ASC 2006-2016-cı illərdə Bakıda elektrik paylayıcı şəbəkənin gücünü iki dəfə artırıb. Bu barədə ASC-nin sədri Baba Rzayev məlumat verib.
“Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb.Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib. Paytaxtda, eləcə də respublikada ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib”, – deyə B.Rzayev rəsmi mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə ölkədə ASC-nin daxili vəsaitləri hesabına 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib, 2,3 min ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 12,5 mindən çox transformator məntəqəsi təmir olunub, 963 km yeni hava elektrik ötürücü xətti çəkilib, 4 min km hava xətti təmir olunub
Hazırda 2,5 mln. abonentin bütün məlumatları vahid bir mərkəzdən idarə olunur.
Sədr qeyd edib ki, hazırda 950 mindən çox elektron-rəqəmsal sayğac istismara verilib və uçot komplekti ilə təchiz edilib. Paytaxtın bütün qovşaq, ötürücü və paylayıcı yarımstansiyaları, həmçinin iritutumlu istehsal obyektlərinin transformator məntəqələri bu növ sayğaclarla təchiz edilib.
2011-2016-cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkənin müxtəlif regionlarında quraşdırılıb və uğurla istismar edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət