SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) “Qaradağ” və “Qalmaz” qaz anbarlarının ümumi gücünü 6 mlrd. kubmetrə çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Hazırda “Azneft” İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində qaz həcmlərinin 6 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. İl ərzində daha 7 quyunun qazılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
2016-cı ilin aprel-noyabr aylarında yeraltı qaz anbarlarına 1 mlrd. 987 mln. kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2 mlrd. 968 mln. kubmetr qaz ehtiyatı yaradılıb.
İndiyə qədər (24 oktyabr 2016-cı il tarixindən etibarən – İF-Az) qaz anbarlarından 1 mlrd. 873 mln. kubmetr qaz çıxarılaraq təhvil verilib.Qalıq qaz ehtiyatları 1 mlrd. 95 mln. kubmetr həcmində olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət