“Başak İnam” sığorta şirkəti Azərbaycanın sığorta bazarında fəaliyyətini dayandırmağı planlaşdırır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıbəyan edib.
“Başak İnam” fəaliyyət lisenziyasını ləğv etmək təklifi ilə bizə müraciət edib. Biz onların planlarına qarşı deyilik”, - deyə R.Aslanlı bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Palata sığorta şirkətlərini məqsədyönlü şəkildə bağlamağa çalışmır. “Bu gün bazarda ehtiyatlarına dair sullarımız olan şirkətlər var. Bizə lazımdır ki, sığortaçıların normal ehtiyatları olsun”, - deyə R.Aslanlı qeyd edib.
O əlavə edib ki, 2016-cı ildə sığortaçıların bir hissəsi Palatanın təşəbbüsü ilə bazardan gedib, çünki maliyyə baxımından kifayət qədər sağlam olmayıblar. “Sığortaçıların digər hissəsi şəxsi təşəbbüsləri ilə fəaliyyətlərinə son qoyublar”, - deyə Palatanın sədri vurğulayıb.
Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyət lisenziyasına malikdir.
“Başak İnam” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 7 mln. manata bərabərdir.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində şirkətin sığorta haqları 500,118 min manat, ödənişləri - 12879 min manat təşkil edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət