Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin qərarına uyğun olaraq, neft hasilatının məhdulaşmasına dair sazişə qoşulmağa hazırdır. Bu barədə energetika naziri Natiq Əliyev “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
“Azərbaycan mütəmadi formada OPEC üzrə Monitorinq Komitəsi ilə razılaşdığı mexanizmə uyğun olaraq, hər ay öz hasilat göstəricilərini onlara göndərir. Əgər hasilatın azaldılması ilə bağlı sazişin (OPEC və qeyri-OPEC ölkələri arasında - İF-Az) müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq”, - deyə N.Əliyev vurğulayıb.
Nazir bildirib ki, cari ilin may ay;nda neftin qiymətinin vəziyyəti ilə bağlı OPEC və qeyri-OPEC ölkələri arasında iclas keçiriləcək. Həmin iclasda həmin ölkələr tərəfindən yarım illiyin nəticələri, bazardakı vəziyyət, tələbat və təklif müzakirə ediləcək.
“Bundan sonra isə ya ötən ilin noyabrında qəbul olunan qərar davam etdiriləcək, yada ki, əlavə tədbirlər görüləcək”, - deyə N.Əliyev qeyd edib.
Nazir xatırladıb ki, yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barrel olub. Bu həcmin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunub. “Azərbaycan neft hasilatını yanvarda sutkada 35 min barrel azalmaq üzrə öhdəliyi yerinə yetirib. Bu öhdəlikdə çox cüzi hissəsini SOCAR-ın nefti təşkil edib. Əsas həcm isə konsorsium nefti olub”, - deyə N.Əliyev əlavə edib.
Nazir qeyd edib ki, bu gün Azərbaycanın neft hasilatı azaltmaqda öz səbəbləri və imkanları var. “Bu, çox vacib səbəblərdir.Azərbaycanın bugünkü siyasəti OPEC-in siyasəti ilə üst-üstə düşür və ona uyğun gəlir. Ona görə də, biz onların qərarlarını dəstəkləyirik. Hazırda Azərbaycan OPEC ilə yaxşı münasibətlər qurub. Azərbaycan OPEC-in işində, fəaliyyətində iştirak etməkdə və qarşılıqlı fikir mübadiləsi aparmaqda maraqlıdır”, - deyə N.Əliyev vurğulayıb.
Nazirin sözlərinə görə, neftin qiyməti yanvarın 1-dən bu günədək demək olar ki, təxminən 2-3 dollar/barrel arasında dəyişib. Qiymət 60 dollar/barreli ötməsə də, “çox yaxşı haldır ki, 50 dollar/barreldən də aşağı düşməyib”.
“Hesab edirəm ki, qiymətlərdəki stabillik daha gözəl faktordur, nəinki tez-tez bahalaşması və ya aşağı düşməsi. Bu gün OPEC və digər hasilatçı ölkələr neftin hazırki qiymətlərindən razıdırlar. Əgər işçi qrup belə bir qərara gəlsə ki, qiymətləri daha da artırmaq üçün əlavə tədbirlər görmək lazımdır, yaxud da ki, OPEC və qeyri-OPEC ölkələri neftin qiyməti üçün ən optimal variant kimi hər hansı bir qiyməti nəzərdə tutsalar, məsələn 65 dollar/barrel, o zaman müəyyən tədbirlər görülməli və təkliflər müzakirə olunmalıdır”, - deyə N.Əliyev qeyd edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət