Azərbaycanda sosial mənzillərin qiyməti bazar qiymətlərindən 20-25% ucuz olacaq. Bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.
"Tikinti işləri başa çatdıqdan və satışlar başladıqdan sonra biz həmin dövr üçün bazar qiymətlərini müəyyən edəcək və bunun əsasında qiymətləri təyin edəcəyik. Biz mənzilin yerləşdiyi ərazidən asılı olaraq onun qiymətinin bazar qiymətlərindən təxminən20-25% aşağı olacağını gözləyirik, çünki torpaq və digər vasitələr dövlət tərəfindən pulsuz təmin edilib”, – deyə o bildirib.
Agentliyin rəhbərinin sözlərinə görə, Yasamal rayonunda həyata keçirilən I layihə üzrə işlər qrafik üzrə gedir, ilk mənzillər 2018-ci ilin II yarısında istifadəyə veriləcək.
"Bir həftə əvvəl Nazirlər Kabineti tərəfindən II layihənin həyata keçirilməsi üçün Hövsan qəsəbəsində 20 ha torpaq sahəsi ayrılıb”, - deyə S.Nuriyev qeyd edib.
O əlavə edib ki, Bakı şəhərində mənzilə yüksək tələbatı nəzərə alaraq, üçüncü layihənin də paytaxtda həyata keçirilməsi planlaşdırılır. "Lakin regionlar da diqqətdə saxlanılır və sosial mənzillər iri şəhərlərdə tikiləcək”, - deyə S.Nuriyev qeyd edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət