Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlaka qoyulan ümumi investisiyaları $1,7 mlrd. məbləğində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2016-cı ildə ARDNF ilkin mərhələdə Frankdurtda (Yaponiya) daşınmaz əmlakın alıçşına 10 mln. avro yatırıb. ARDNF-nin bu əmlakın alışında pay iştirakının ümumi məbləği 41 mln. avro təşkil edir”, - deyə hökumətdən bildiriblər.
Mətbuatın məlumatına görə, söhbət Fondun Frankfurtun maliyyə mərkəzində yerləşən «The Junghof Plaza» binasına yatırdığı sərmayələrdən gedir.
2016-cı ilin sonuna ARDNF daşınmaz əmlak üzrə bir sıra fondlara vəsait yatırıb: AXA şirkətinin idarə etdiyi PELAV fonduna, PGIM şirkətinin idarə etdiyi EVP və ASPF III fondlarına, PAG şirkətinin idarə etdiyi PREP fonduna, Reedwood şirkətinin idarə etdiyi RJLF II fonduna. 2017-ci ildə ARDNF tərəfindən Blackstone şirkətinin idarə etdiyi BREP Europe V fonduna və Starwood şirkətinin idarə etdiyi SOF XI fonduna sərmayələr yatırmağı planlaşdırır.
ARDNF 2012-ci ilin dekabr ayında daşınmaz əmlaka ilk investisiya qoyuluşları həyata keçirib. Fond Londonun qərb hissəsində (London’s West End) Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksi (indiki dəyəri 217 mln. Britaniya funt sterlinqidir), Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi (165,46 mln. avro) əldə edib.
2012-ci ildə ARDNF Moskva şəhərinin biznes mərkəzi Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini (5,81 mlrd. rubl) alıb.
2014-cü ilin aprel ayında fond Cənubi Koreyanın Seul şəhərində “Pine Avenue Tower A” ofis kompleksini (491,975 mlrd. Koreya vonu) alıb.
2015-ci ilin sentyabr ayında ARDNF Yaponiyanın "Mitsubishi UFJ Trust and Banking Corporation" şirkəti ilə birlikdə Tokioda "Kirarito Ginza" ticarət obyektini (51,5 mlrd. yapon yeni) əldə edib.
2016-cı ilin yanvar ayında ARDNF İtaliyada 97 mln. avro məbləğində Palazzo Turati ofis binasının alışı barədə elan edib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət