Azərbaycan və Belarus arasında yük və sərnişin daşımaları zamanı yaranan problemlər müzakirə edilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininməlumatında deyilir.
“Aprelin 5-də Bakıda Azərbaycan ilə Belarus arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan ilə Belarus arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev bildirib ki, 2016-cı ildə iki ölkə arasında ticari dövriyyə 124,5 milyon dollar təşkil edib. Azərbaycanda Belarus kapitalı ilə 31 şirkətin, Belarusda isə Azərbaycan kapitalı ilə 60 şirkətin fəaliyyət göstərdiyini deyən E.Abdullayev qeyd edib ki, ölkələrimiz arasında ən güclü əməkdaşlıq maşınqayırma sahəsindədir.
Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi SergeyDubina bildirib ki, Azərbaycan ilə Belarus arasında bir çox sahələrdə olduğu kimi, beynəlxalq avtomobil daşımaları sahəsində də güclü əlaqələr var. Atılan addımlar nəticəsində xüsusən də yük və sərnişin daşımaları zamanı yarananı problemlər öz həllini tapacaq.
İclasda 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunları ilə əlaqədar müzakirələr də aparılıb. Müzakirələr zamanı bildirilib ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının iştirakçılarına nəqliyyat xidmətinin təşkili və təminatı sahəsində təcrübənin bölüşülməsi vacib məsələlərdəndir.
Müzakirələr aprelin 6-da davam edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət