“VTB Bank (Azerbaijan)” ASC filial şəbəkəsinin optimallaşdırılmasını davam etdirir. Bu barədə bankdan məlumat verilib.
“Bank iki filialı – “Azadlıq” və “Sumqayıt” filiallarının lisenziyalarının ləğvi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Filialların optimallaşdırılması bankın korporativ bizneslə işin gücləndirilməsinə yönəlmiş üçillik yeni strategiyasının tərkib hissəsidir”, - deyə məlumatda deyilir.
Yeni strategiya çərçivəsində bank, filial şəbəkəsinin konsolidasiyasını həyata keçirir və əvvəllər bankın müştəri bazasının əsas hissəsini təşkil edən pərakəndə müştəriləri üçün nəzərdə tutulan filiallarını birləşdirir.
Optimallaşdırma prosesi başladıqdan sonra bankın korporativ biznesinin nail olduğu müsbət nəticələr bu strategiyanın məqsədəuyğun və effektiv olduğunu göstərir.
Bankın müştəriləri əmin ola bilər ki, filialların bağlanması bankın xidmət səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Müştərilər bankın istənilən filialına müraciət edə bilər - baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Neftçilər”, “Elmlər” və “Gənclik” filiallarının işi adi rejimdə davam edir. “VTB Bank (Azerbaijan)” tərəfindən tətbiq olunan “Vahid Xidmət” sistemi fiziki və hüquqi şəxslərə hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını “VTB Bank (Azerbaijan)”ın istənilən filialında həyata keçirməyə imkan verir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət