Aprelin 29-da Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təqdimatı keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Bakıdakı səfiri Erkan Özoralla görüşü zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
“Görüşdə diplomat yeni yaradılmış Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti barədə də məlumat verib, qurumun fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağı vurğulayıb. Səfir Ş.Mustafayevi aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib”, - deyə məlumatda deyilir.
Ş.Mustafayev isə aprelin 25-də Bakıda "Sahibkarlar Günü"nün qeyd olunacağını bildirərək, TÜİB nümayəndələrinin tədbirdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.
Nazir məlumat verib ki, Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac üçün də imkanlar genişdir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət