2017-ci ilin yanvar-mart aylarında ölkə sənayesində 10 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2% artıb, neft sektorunda isə 8,3% azalıb”, - deyə Komitədən bildiriblər.
I rübdə sənaye məhsulunun 71,8%-i mədənçıxarma, 22,6%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bununla yanaşı, mədənçıxarma sektorunda neft hasilatı 9,9% azalıb, əmtəəlik qaz hasilatı isə 0,9% artıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,4%, içkilərin istehsalı 37,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1%, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4%, tikinti materiallarının istehsalı 50,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8%, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7%, mebel istehsalı 56,5% artıb.
Tütün məmulatlarının istehsalı 58,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54%, kağız və karton istehsalı 3,3%, poliqrafiya məhsullarının istehsalı 63,8%, kimya sənayesi məhsullarının istehsalı 4,3%, hazır metal məmulatlarının istehsalı 21%, maşın və avadanlıqların istehsalı 42,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7% azalıb.
2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 0,4% azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət